Onlayn yaddaş və backup xidməti
Məlumat itkisi bizneslər üçün ən baha başa gələn problemlərdən biridir: disk sıradan çıxa, server sındırıla, fayllar təsadüfən silinə bilər. BuludHost-un onlayn yaddaş xidməti məlumatlarınızın ikinci nüsxəsini əsas serverinizdən və ofisinizdən kənarda, Almaniyadakı etibarlı data mərkəzində saxlamağa imkan verir.
Kimlər üçündür?
Öz serverləri və VPS-ləri olan şirkətlər gündəlik backup-ları rsync, BorgBackup və ya restic ilə avtomatik göndərə bilər. Ofislər yaddaşı Windows-da şəbəkə diski kimi qoşub vacib sənədləri saxlayır. NAS istifadəçiləri (Synology, QNAP) isə ehtiyat nüsxələrini kənar data mərkəzinə köçürür — bu, "3-2-1" backup qaydasının "bir nüsxə kənarda" hissəsidir.
Nə üçün BuludHost onlayn yaddaşı?
Paketlər 1 TB-dan başlayır, trafik limitsizdir və trafik üçün əlavə ödəniş yoxdur. Avtomatik snapshot-lar sayəsində fayllar dəyişsə və ya silinsə belə, əvvəlki vəziyyətə qayıtmaq mümkündür. Alt hesablarla komandanızın hər üzvünə və ya hər serverə ayrıca qovluq və giriş verə bilərsiniz. Şifrə, protokollar, snapshot-lar və alt hesablar BuludHost müştəri panelindən idarə olunur, ödəniş isə hostinq kimi balansdan, avtomatik ödəniş imkanı ilə aparılır.