S3 Bulud Yaddaş

Sayt şəkilləri, media faylları, tətbiq faylları və backup-lar üçün S3 uyğun bulud yaddaş. AWS ilə işləyən istənilən alət birbaşa qoşulur, faylları public linklə CDN kimi verə bilərsiniz.

  • 50 GB – 4 TByaddaş həcmi
  • S3 APIAWS SDK uyğun
  • Almaniyadata mərkəzi
Paketi seçin Aylıq 2.69 ₼-dan
  • S3 API (AWS uyğun)
  • Public link / CDN kimi
  • Ayrıca bucket və açar
  • Almaniyada data mərkəzi

S3 Bulud Yaddaş: 50 GB – 4 TB object storage

Həcmi seçin — S3 API, public link (CDN kimi) və avtomatik limit nəzarəti hər paketə daxildir.

50GB

S3 Start

Kiçik saytın şəkilləri, sənədlər və tətbiq faylları üçün S3 yaddaş — 50 GB.

2.69 ₼ / aylıq
12 Aylıq ödəniş / -3.6₼ endirim
Paket Seç
  • Aylıq trafik 100 GB
  • Fayl limiti 250 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
100GB

S3 Basic

WordPress / Laravel media faylları və gündəlik backup-lar üçün — 100 GB.

4.49 ₼ / aylıq
12 Aylıq ödəniş / -6₼ endirim
Paket Seç
  • Aylıq trafik 250 GB
  • Fayl limiti 500 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
Ən populyar
250GB

S3 Plus

Onlayn mağaza və media saytları üçün public şəkillər (CDN kimi) və backup-lar — 250 GB.

8.09 ₼ / aylıq
12 Aylıq ödəniş / -10.8₼ endirim
Paket Seç
  • Aylıq trafik 500 GB
  • Fayl limiti 1 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
500GB

S3 Pro

Böyük layihələr, server və verilənlər bazası backup-ları üçün — 500 GB.

13.49 ₼ / aylıq
12 Aylıq ödəniş / -18₼ endirim
Paket Seç
  • Aylıq trafik 1 TB
  • Fayl limiti 2 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
1TB

S3 Max

Media kitabxanaları, arxivlər və yüksək trafikli public fayllar üçün — 1 TB.

22.49 ₼ / aylıq
12 Aylıq ödəniş / -30₼ endirim
Paket Seç
  • Aylıq trafik 2 TB
  • Fayl limiti 5 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
2TB

S3 2 TB

Böyük media kitabxanaları və çoxsaylı saytların faylları üçün — 2 TB.

42.19 ₼ / aylıq
12 Aylıq ödəniş / -57.6₼ endirim
Paket Seç
  • Aylıq trafik 4 TB
  • Fayl limiti 10 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
3TB

S3 3 TB

Video, arxiv və yüksək trafikli layihələr üçün — 3 TB.

61.99 ₼ / aylıq
12 Aylıq ödəniş / -84₼ endirim
Paket Seç
  • Aylıq trafik 6 TB
  • Fayl limiti 15 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya
4TB

S3 4 TB

Şirkət arxivləri, server və baza backup-ları üçün geniş yaddaş — 4 TB.

80.89 ₼ / aylıq
12 Aylıq ödəniş / -109.2₼ endirim
Paket Seç
  • Aylıq trafik 8 TB
  • Fayl limiti 20 000 000
  • Public link (CDN kimi)
  • Data mərkəzi Almaniya

Paketlərin müqayisəsi

Bütün paketləri görmək üçün cədvəli yana sürüşdürün
Xüsusiyyət S3 Start 2.69 ₼ / aylıq S3 Basic 4.49 ₼ / aylıq S3 Plus 8.09 ₼ / aylıq S3 Pro 13.49 ₼ / aylıq S3 Max 22.49 ₼ / aylıq S3 2 TB 42.19 ₼ / aylıq S3 3 TB 61.99 ₼ / aylıq S3 4 TB 80.89 ₼ / aylıq
Yaddaş həcmi 50 GB 100 GB 250 GB 500 GB 1 TB 2 TB 3 TB 4 TB
Aylıq trafik 100 GB 250 GB 500 GB 1 TB 2 TB 4 TB 6 TB 8 TB
Fayl limiti 250 000 500 000 1 000 000 2 000 000 5 000 000 10 000 000 15 000 000 20 000 000
Public link (CDN kimi)
Data mərkəzi Almaniya Almaniya Almaniya Almaniya Almaniya Almaniya Almaniya Almaniya
Paket Seç Paket Seç Paket Seç Paket Seç Paket Seç Paket Seç Paket Seç Paket Seç

S3 yaddaş nə üçün lazımdır

Saytınızın və tətbiqinizin faylları üçün sonsuz genişlənən, S3 uyğun bulud yaddaş — AWS ilə işləyən hər alət birbaşa qoşulur.

Sayt şəkilləri və media (CDN kimi)

Şəkilləri, videoları və faylları public linklə birbaşa S3-dən verin — hostinqin diski və trafiki boşalır.

WordPress və Laravel media

WP Offload Media, Media Cloud və ya Laravel Storage (s3 diski) ilə yüklənən fayllar avtomatik S3-də saxlanılır.

Server və baza backup-ları

restic, rclone və ya aws-cli ilə serverlərin və verilənlər bazalarının gündəlik nüsxəsini göndərin.

Tətbiq faylları

Mobil və veb tətbiqlərin istifadəçi faylları, hesabatlar, eksportlar — AWS SDK ilə istənilən dildən.

S3 yaddaş, yoxsa Onlayn yaddaş?

Backup üçün Onlayn yaddaş, sayt və tətbiq faylları üçün S3.

Xüsusiyyət S3 yaddaş Onlayn yaddaş
Qoşulma S3 API (HTTPS) FTP, SFTP, SMB, WebDAV, rsync
Public link / CDN
Ən yaxşı istifadə Sayt/tətbiq faylları, media Backup, ofis faylları, NAS
Snapshot və alt hesablar
Həcm 50 GB – 4 TB 1 – 20 TB

Necə qoşulmaq olar

S3 API dəstəkləyən istənilən proqram, kitabxana və plagin ilə işləyir — xüsusi proqram quraşdırmaq lazım deyil.

aws-cli — Komanda sətri

AWS CLI ilə faylları yükləyin, sinxronlaşdırın və siyahılayın — yalnız endpoint ünvanını göstərmək kifayətdir.

aws s3 sync ./uploads s3://BUCKET/uploads --endpoint-url https://fsn1.your-objectstorage.com

BUCKET, Access Key və Secret Key — sifarişdən sonra müştəri panelində (S3 yaddaşlarım) göstərilir. Orada bütün alətlər üçün hazır nümunələr də var.

Bütün planlara daxil olan özəlliklər

Paketdən asılı olmayaraq hər müştərimiz eyni infrastrukturdan və eyni texniki imkanlardan yararlanır — aşağıdakıların hamısı qiymətə daxildir.

Tez-tez verilən suallar

Bəzi suallara cavabları artıq FAQ bölməsində toplamışıq. Əgər siz də hər hansı bir sualınız üçün cavab axtarırsınızsa, zəhmət olmasa Əlaqə bölməsinə müraciət etməzdən əvvəl sual-cavab siyahısına nəzər yetirin.

Öz domenimi (cdn.sayt.az) və Cloudflare CDN-i necə qoşum?

Pulsuz Cloudflare planı ilə: paneldə bucket üçün "Public giriş"i açın, Cloudflare-də kiçik Worker yaradın (hazır kod müştəri panelində "Cloudflare (öz domen)" nümunəsindədir) və Worker-ə öz subdomeninizi (məs. cdn.sayt.az) bağlayın. Fayllar Cloudflare keşindən verilir, bizim tərəfdə əlavə ödəniş yoxdur. Cloudflare-in pulsuz planında gündə 100 000 sorğu limiti var.

S3 yaddaş nədir və Onlayn yaddaşdan nə ilə fərqlənir?

S3 yaddaş (object storage) faylları HTTPS üzərindən S3 API ilə saxlayan bulud yaddaşdır — saytlar, tətbiqlər və plaginlər onunla birbaşa işləyir, fayllar public linklə verilə bilər. Onlayn yaddaş isə FTP, SFTP, SMB ilə qoşulan bulud diskidir və əsasən backup və ofis faylları üçündür.

Hansı proqramlarla işləyir?

S3 API dəstəkləyən hər şeylə: aws-cli, rclone, restic, s3cmd, Cyberduck, WinSCP, AWS SDK (PHP, Python, Node.js və s.), WordPress üçün WP Offload Media və Media Cloud, Laravel Storage. Müştəri panelində hər biri üçün hazır nümunə var.

Saytın şəkillərini S3-dən vermək olarmı?

Bəli. Paneldən public girişi açdıqda bucket-dəki fayllar https://bucket.fsn1.your-objectstorage.com/fayl ünvanı ilə hamıya əlçatan olur (siyahı göstərilmir). Paketə aylıq trafik daxildir.

Limit dolanda nə olur?

80% və 90%-də e-poçtla xəbərdarlıq gəlir. Limit aşılanda yaddaş "yalnız oxu" rejiminə keçir: fayllar silinmir, oxumaq və silmək olar, yeni fayl yazmaq olmaz. Lazımsız faylları silsəniz və ya böyük paketə keçsəniz, yazma bir neçə dəqiqəyə avtomatik açılır.

Açarım başqasına məlum olsa nə edim?

Müştəri panelində "Açarı yenilə" düyməsi ilə yeni açar alın — köhnə açar dərhal işləməyi dayandırır, fayllar dəyişmir. Secret Key e-poçtla göndərilmir, paneldə şifrənizlə təsdiq edərək baxa bilərsiniz.

Ödəniş gecikəndə fayllarım nə olur?

Müddət bitəndə giriş və public linklər müvəqqəti bağlanır, amma fayllar silinmir. Ödənişdən sonra hər şey avtomatik əvvəlki kimi açılır, açar dəyişmir. Uzun müddət ödənilməyən yaddaş isə xəbərdarlıqdan sonra silinə bilər — avtomatik ödənişi aktiv etməyi tövsiyə edirik.

Saytınızı bu gün işə salın

Hostinqlərə 10 gün pulsuz sınaq ilə.

S3 Bulud Yaddaş — saytlar və tətbiqlər üçün object storage

Sayt böyüdükcə şəkillər, videolar, istifadəçi faylları və backup-lar hostinqin diskini doldurur, səhifələrin sürəti azalır. BuludHost-un S3 Bulud Yaddaşı bu faylları ayrıca, sonsuz genişlənən bulud yaddaşda saxlamağa imkan verir — S3 API ilə işləyən hər alət birbaşa qoşulur.

Kimlər üçündür?

Onlayn mağazalar və media saytları məhsul şəkillərini public linklə S3-dən verir — hostinqin diski və trafiki boşalır. WordPress saytları WP Offload Media ilə media kitabxanasını, Laravel layihələri isə Storage s3 diskini birbaşa qoşur. Serverlər və verilənlər bazaları restic və rclone ilə gündəlik backup göndərir.

Nə üçün BuludHost S3 yaddaşı?

Hər sifarişə ayrıca bucket və yalnız ona giriş verən öz açarı verilir. Paketlər 50 GB-dan 4 TB-a qədərdir, aylıq trafik daxildir, istifadə avtomatik ölçülür və limitə yaxınlaşanda xəbərdarlıq gəlir. Açarlar, public giriş və hazır qoşulma nümunələri BuludHost müştəri panelindədir, ödəniş isə hostinq kimi balansdan, avtomatik ödəniş imkanı ilə aparılır.