VDS serverlər

Ayrılmış (dedicated) prosessor nüvələri ilə virtual server — nüvələr başqa müştərilərlə paylaşılmır, performans günün istənilən saatında sabitdir. Yüklü tətbiqlər, verilənlər bazaları və istehsal mühitləri üçün.

  • 2 – 4 vCPUayrılmış nüvə
  • NVMesürətli disk
  • Almaniya / Finlandiyadata mərkəzi
Paketi seçin Aylıq 104.39 ₼-dan
  • Ayrılmış vCPU
  • NVMe disk
  • 20 TB trafik
  • Tam root girişi

VDS serverlər: dedicated vCPU, sabit performans

Ayrılmış vCPU ilə sabit performans — yüklü tətbiqlər və verilənlər bazaları üçün. Hər paketə NVMe disk, 20 TB trafik və tam root girişi daxildir.

Ən populyar
2vCPU

VDS Start

Ayrılmış (dedicated) vCPU ilə sabit performans — 2 dedicated vCPU, 8 GB RAM, 80 GB NVMe.

104.39 ₼ / aylıq
12 Aylıq ödəniş / -139.2₼ endirim
Paket Seç
  • Operativ yaddaş 8 GB
  • NVMe disk 80 GB
  • Aylıq trafik 20 TB
  • IPv4 + IPv6
  • Tam root girişi
  • Data mərkəzi Almaniya / Finlandiya
4vCPU

VDS Pro

Yüklü verilənlər bazası və istehsal tətbiqləri üçün — 4 dedicated vCPU, 16 GB RAM, 160 GB NVMe.

206.99 ₼ / aylıq
12 Aylıq ödəniş / -276₼ endirim
Paket Seç
  • Operativ yaddaş 16 GB
  • NVMe disk 160 GB
  • Aylıq trafik 20 TB
  • IPv4 + IPv6
  • Tam root girişi
  • Data mərkəzi Almaniya / Finlandiya

Paketlərin müqayisəsi

Bütün paketləri görmək üçün cədvəli yana sürüşdürün
Xüsusiyyət VDS Start 104.39 ₼ / aylıq VDS Pro 206.99 ₼ / aylıq
Prosessor 2 vCPU 4 vCPU
Operativ yaddaş 8 GB 16 GB
NVMe disk 80 GB 160 GB
Aylıq trafik 20 TB 20 TB
IPv4 + IPv6
Tam root girişi
Data mərkəzi Almaniya / Finlandiya Almaniya / Finlandiya
Paket Seç Paket Seç

VPS nə üçün lazımdır

Öz serveriniz — istədiyiniz sistemi və proqramı quraşdırın, resurslar yalnız sizindir.

Saytlar və onlayn mağazalar

Nginx / Apache, PHP, Node.js — öz konfiqurasiyanızla, istədiyiniz versiyalarla.

Docker və tətbiqlər

Docker, Kubernetes (k3s), CI/CD agentləri, API-lər və mikroservislər.

Botlar və avtomatlaşdırma

Telegram / WhatsApp botları, cron işləri, skreperlər — 7/24 işləyir.

Verilənlər bazaları

MySQL, PostgreSQL, Redis, MongoDB — ayrıca serverdə, tam nəzarətlə.

VPN və şəbəkə

WireGuard, OpenVPN, proxy — öz şəxsi şəbəkəniz.

Test və inkişaf mühiti

Yeni layihələri ayrıca serverdə sınayın — əsas saytınıza təsir etmədən.

VPS, yoxsa hostinq?

Sadə saytlar və e-poçt üçün hostinq, öz proqramlarınız və tam nəzarət üçün VPS.

Xüsusiyyət VPS Hostinq
Giriş Tam root (SSH) cPanel
Proqram təminatı İstənilən (Docker, Node.js, Python …) PHP, MySQL, e-poçt
Resurslar Ayrılmış CPU və RAM Paylaşılan
İdarəetmə Özünüz (Linux bilgisi lazımdır) Biz idarə edirik
E-poçt və cPanel
Ən yaxşı istifadə Tətbiqlər, botlar, böyük layihələr Saytlar və korporativ e-poçt

Bütün planlara daxil olan özəlliklər

Paketdən asılı olmayaraq hər müştərimiz eyni infrastrukturdan və eyni texniki imkanlardan yararlanır — aşağıdakıların hamısı qiymətə daxildir.

Tez-tez verilən suallar

Bəzi suallara cavabları artıq FAQ bölməsində toplamışıq. Əgər siz də hər hansı bir sualınız üçün cavab axtarırsınızsa, zəhmət olmasa Əlaqə bölməsinə müraciət etməzdən əvvəl sual-cavab siyahısına nəzər yetirin.

VPS ilə VDS arasında fərq nədir?

VPS-də prosessor nüvələri (vCPU) eyni fiziki serverdəki digər virtual serverlərlə paylaşılır — saytlar və əksər tətbiqlər üçün kifayətdir. VDS-də nüvələr yalnız sizə ayrılır, ona görə performans həmişə sabitdir — yüklü tətbiqlər və verilənlər bazaları üçün.

Server nə qədər vaxta hazır olur?

Ödənişdən sonra adətən bir neçə dəqiqə ərzində. IP ünvanı müştəri panelində (VPS serverlərim) görünür, aktivləşmə barədə e-poçt göndərilir.

Root şifrəsini harada görürəm?

Təhlükəsizlik üçün şifrə e-poçtla göndərilmir. Müştəri panelində "VPS serverlərim" → server → "Root şifrəsi" bölməsində hesab şifrənizlə təsdiq edib bir dəfə görürsünüz; sonra şifrə sistemimizdən silinir. Sifariş zamanı SSH açarı versəniz, açarla daxil olursunuz.

Hansı əməliyyat sistemləri var?

Ubuntu 24.04 / 22.04, Debian 13 / 12, AlmaLinux 9 və Rocky Linux 9. Sistemi sifariş zamanı seçirsiniz.

Serveri kim idarə edir?

VPS idarə olunmayan (unmanaged) xidmətdir: sistemin yenilənməsi, təhlükəsizlik, proqramların quraşdırılması və backup müştərinin məsuliyyətindədir. Biz serverin işləməsini, şəbəkəni və avadanlığı təmin edirik. Server idarəsini bizə həvalə etmək istəyirsinizsə, "Fərdi xidmətlər" üçün müraciət edin.

Trafik limiti aşılsa nə olur?

Hər paketə aylıq 20 TB çıxış trafiki daxildir, giriş trafiki limitsizdir. 80% və 90%-də e-poçtla xəbərdarlıq gəlir. Limitdən artıq trafik ayrıca ödənişlidir — server dayandırılmır.

Ödəniş gecikəndə serverə nə olur?

Müddət bitəndə və qaimə ödənilmədikdə server söndürülür — disk və IP saxlanılır. Ödənişdən sonra server avtomatik yandırılır. Uzun müddət ödənilməsə, əvvəlcədən xəbərdarlıq göndərilir və server disklə birlikdə silinir.

Paketi sonra böyütmək olarmı?

Bəli — müştəri panelində paket dəyişməsi ilə daha böyük paketə keçə bilərsiniz. Server qısa müddətə söndürülüb yeni resurslarla yandırılır, məlumatlar və IP dəyişmir.

Saytınızı bu gün işə salın

Hostinqlərə 10 gün pulsuz sınaq ilə.

VPS server — öz virtual serveriniz

Sayt böyüyəndə və ya xüsusi proqram lazım olanda adi hostinqin imkanları kifayət etmir. VPS (virtual private server) sizə ayrılmış prosessor, operativ yaddaş və disk verir: istədiyiniz əməliyyat sistemini, veb serveri, verilənlər bazasını və tətbiqləri özünüz quraşdırırsınız.

Kim üçündür?

Docker ilə tətbiq işlədən proqramçılar, Telegram və WhatsApp botları, onlayn mağazalar, CRM və ERP sistemləri, VPN və test mühitləri. Daha sabit performans lazımdırsa, ayrılmış nüvəli VDS paketlərini seçin.

Nə üçün BuludHost VPS?

Bütün paketlərdə NVMe disk, 20 TB trafik, IPv4 + IPv6 və tam root girişi var. Server Avropa data mərkəzində bir neçə dəqiqəyə hazır olur, panel və dəstək Azərbaycan dilindədir, ödəniş manatla.