S3 Bulud Yaddaş — SEO mətni

S3 Bulud Yaddaş — saytlar və tətbiqlər üçün object storage

Sayt böyüdükcə şəkillər, videolar, istifadəçi faylları və backup-lar hostinqin diskini doldurur, səhifələrin sürəti azalır. BuludHost-un S3 Bulud Yaddaşı bu faylları ayrıca, sonsuz genişlənən bulud yaddaşda saxlamağa imkan verir — S3 API ilə işləyən hər alət birbaşa qoşulur.

Kimlər üçündür?

Onlayn mağazalar və media saytları məhsul şəkillərini public linklə S3-dən verir — hostinqin diski və trafiki boşalır. WordPress saytları WP Offload Media ilə media kitabxanasını, Laravel layihələri isə Storage s3 diskini birbaşa qoşur. Serverlər və verilənlər bazaları restic və rclone ilə gündəlik backup göndərir.

Nə üçün BuludHost S3 yaddaşı?

Hər sifarişə ayrıca bucket və yalnız ona giriş verən öz açarı verilir. Paketlər 50 GB-dan 4 TB-a qədərdir, aylıq trafik daxildir, istifadə avtomatik ölçülür və limitə yaxınlaşanda xəbərdarlıq gəlir. Açarlar, public giriş və hazır qoşulma nümunələri BuludHost müştəri panelindədir, ödəniş isə hostinq kimi balansdan, avtomatik ödəniş imkanı ilə aparılır.

Saytınızı bu gün işə salın

Hostinqlərə 10 gün pulsuz sınaq ilə.