VPS server icarəsi — BuludHost

VPS server — öz virtual serveriniz

Sayt böyüyəndə və ya xüsusi proqram lazım olanda adi hostinqin imkanları kifayət etmir. VPS (virtual private server) sizə ayrılmış prosessor, operativ yaddaş və disk verir: istədiyiniz əməliyyat sistemini, veb serveri, verilənlər bazasını və tətbiqləri özünüz quraşdırırsınız.

Kim üçündür?

Docker ilə tətbiq işlədən proqramçılar, Telegram və WhatsApp botları, onlayn mağazalar, CRM və ERP sistemləri, VPN və test mühitləri. Daha sabit performans lazımdırsa, ayrılmış nüvəli VDS paketlərini seçin.

Nə üçün BuludHost VPS?

Bütün paketlərdə NVMe disk, 20 TB trafik, IPv4 + IPv6 və tam root girişi var. Server Avropa data mərkəzində bir neçə dəqiqəyə hazır olur, panel və dəstək Azərbaycan dilindədir, ödəniş manatla.

Saytınızı bu gün işə salın

Hostinqlərə 10 gün pulsuz sınaq ilə.