CPU, RAM və EP limitləri nə deməkdir?

CPU, RAM və EP limitləri nə deməkdir?

CPU — saytınızın eyni anda istifadə edə biləcəyi prosessor nüvəsi, RAM — ayrılan əməli yaddaş, EP (Entry Process) isə eyni anda emal olunan sorğuların sayıdır. Bu limitlər CloudLinux ilə tətbiq olunur və hər hesabın digərlərindən təcrid olunmasını təmin edir — qonşu saytın yüklənməsi sizə təsir etmir.